EMRAH ÇELİKEL: "QARABAĞ" NÖVBƏTİ MÖVSÜMDƏ DƏ GÜCLÜ SİMASINI SAXLAYACAQ"

single-news
21 İyn 2005

EMRAH ÇELİKEL: "QARABAĞ" NÖVBƏTİ MÖVSÜMDƏ DƏ GÜCLÜ SİMASINI SAXLAYACAQ"



“Qarabağ” Fk-nun İcraçı Direktoru Işık Emrah Çelikeldən “Futbol+” qəzetinin 21.06.2005-ci il tarixli buraxılışında müsahibə dərc olunub. Yazının maraqlılığını nəzərə alıb, bəzi hissələri diqqətinizə çatdırırıq. ...”Qarabağ”da nələr baş verir? -Heç bir ciddi problem yoxdur. Futbolçuların klubdan ayrılmasını nəzərdə tutursunuzsa, bu məncə təbi hadisədir. Müqaviləsi bitənlərdən kim getmək istəyirsə, saxlamırıq. Bizimlə anlaşması davam edənlərdən isə təkcə Emin İmaməliyev ayrılmaq istədiyini dedi və belədə onunla centlmencəsinə ayrıldıq. -Vadim Vasilyevlə də müqaviləniz bitmişdir? -Əlbətdə. Vadimlə birillik müqavilə imzalamışdıq və bubun müddəti yaxında sona çatdı. -Qəribədir ki, “Qarabağ”dan futbolçular getsə də, bu boşluqları aradan qaldırmaq üçün tələsmirsiniz... -Bu günlərdə baş məşqçi postunun yeni sahibi məlum olacaq. Transferlərimizi həmin məqamdan sonraya saxlayırıq. Yeni mütəxəssislə bu barədə məsləhətləşmələr aparılmalıdır.Düzdü, rəqiblərlə müqayisədə gecikdiyimizin fərqindəyəm. Amma əmin ola bilərsiniz ki, nə olursa-olsun, “Qarabağ” növbəti mövsümdə də güclü simasını saxlayacaq. -Baş məşqçi məsələsində variantlarınız məlumdurmu? -Hazırda qətiləşmiş bir şey var: Hamdi Serpil Tüzün klubun texniki direktoru vəzifəsini tutur. Bu o deməkdir ki, Tüzün bütün məşqçi heyəti üzərində birinci səlahiyyətli şəxs olacaq. Ancaq əsas komandaya da baş məşqçi qismində mütəxəssis gətirəcək. Sadəcə, onu deyə bilərəm ki, məşqçi Türkiyədən gələcək. -Ötən mövsüm məşqçi kimi çalışan Elxan Abdullayevin taleyi necə olacaq? -Hələ ki, onunla söhbətimiz olmayıb. Ancaq Abdullayev istəsə, “Qarabağ”da qpılar onun üzünə hər zaman açıqdır. -Uzunmüddətli sükutun nəticəsi olaraq “Qarabağ” haqda bir sıra söz söhbətlər eşidirdik. Sizcə, “Azərsun Holding”in komandanı buraxacağı və ya birinci dəstədə yarışacağınız barədə deyilənlər hardan qaynaqlanırdı? -Konkret olaraq açıqlayıram ki, “Azərsun Holding” heç vaxt “Qarabağ”a sponsorluq etməkdən boyun qaçırmaz. Birinci dəstədə oynayacağımız isə düzdür. Ancaq aşağı dəstədə gənclərdən ibarət komandamız çıxış edəcək...

Paylaş