Əmrah Çəlikəl: "Qarabağ"ın uğruna kölgə salmaq "Neftçi"yə yaraşmaz" (qol.az)

single-news
7 Apr 2013

Əmrah Çəlikəl: "Qarabağ"ın uğruna kölgə salmaq "Neftçi"yə yaraşmaz" (qol.az)



Qarabağ”ın direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi -Topaz Premyer Liqanın 25-ci turunda “Qarabağ” “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldi. Oyun haqqında fikirlərinizi bilmək istərdik. Yəqin komandanızın oyunundan razı qaldınız. - Əlbəttə razı qaldım. Artıq bu mövsüm üçüncü oyundur ki, “Neftçi” ilə qarşılaşırdıq. Oyundan qabaq böyük ajiotaj var idi. Matç ətrafinda çoxlu söhbətlər gedirdi. Komandamız çox gözəl oynadı və layiqli qələbə qazandı. - Qeyd etdiyiniz kimi bu, “Qarabağ”ın “Neftçi” üzərində ardıcıl üçüncü qələbəsi idi. Demək olarmı “Neftçi” “Qarabağ”la bacarmır? - Belə demək bəlkə də düzgün olmaz. Çünki, futbol taktiki bir savaşdır. Burda baş məşqçinin taktiki gedişlərindən, futbolçuların istəklərindən çox şey asılıdır. Bu gün meydanda güclü tərəf biz idik. Əlbəttə ki, bir mövsümdə “Neftçi”yə üç dəfə qalib gəlmək uğurdur. Buna görə komandamı və baş məşqçimizi təbrik edirəm. - Razısınız ki, “Qarabağ” bu mövsümün ən yaxşı oyununu göstərdi? - Demək olar ki, bu, komandamız ən yaxşı oyunlarından biri idi. Hələ qarşıda yeddi oyunumuz var. Bu oyunlarda qələbələrin davamı gəldikcə biz sevinəcəyik. Bu bizim üçün adi çempionat oyunu idi. Sevinirik ki, bu mübarizədən üzü ağ çıxdıq. - Oyundan sonra “neftçi” rəhbərliyi hakimdə kəskin etiraz edib. Hakimliklə bağlı siz nə deyə bilərsiniz? - Nəticənin təsiri ilə məyus, hirsli ola bilərlər. Bu normal haldır. Ancaq təkrar kadrlara da baxanda görünür ki, həm qırmızı vərəqə, həm də penalti epizodunda hakim haqlıdır. Ümumiyyətlə hakim oyunu yaxşı idarə etdi. - “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında bildirib ki, PFL prezidenti Ramin Musayevin “Qarabağ”a simpatiyası var. Bu fikrə münasibətinizi bilmək istərdik. - Bu ancaq onun fikri ola bilər. Bunlar artıq sözlərdir. “Neftçi” rəhbərliyi biz çox gözəl qarşıladı. Oyundan əvvəl yaxşı ab-hava var idi. Oyunu izləmək çox gözəl idi. Amma nəticədn başqa fərqli bəhanələr irəli sürüb bu qalibiyyətə kölgə salmaq "Neftçi"yə yaraşmaz. Ramin müəllimin adını çəkməyə ehtiyac yoxdur. Hamı oyunu gördü. “Qarabağ” 90 dəqiqə rəqibindən üstün oldu. Bu tip sözlərlə oyunçuların zəhmətini yerə salmaq olmaz. - Böyükağa Hacıyev həmçinin qeyd edib ki, bu oyuna görə “Qarabağ”a təbrik düşmür. Belə bir fikir nə dərəcədə düzgündür? - Bu oyunu tək “Neftçi”nin baş məşqçisi yox, bütün Azərbaycan izlədi. Xalq oyuna öz qiymətini verəcək. Bu barədə artıq danışmağa ehtiyac yoxdur. Bizi təbrik etsə də, etməsə də “Neftçi”yə qalib gəldik. Ramiq AĞAMƏMMƏDOV

Paylaş

// pop up