EMRAH ÇELİKEL: "VİCDANIM YOL VERMİR Kİ . . ."

single-news
28 Apr 2007

EMRAH ÇELİKEL: "VİCDANIM YOL VERMİR Kİ . . ."



Azərbaycan Futbol Federasiyaları Assosiasiyası növbəti - XI konfransını keçirdi və bu konfrans Azərbaycan futbolunun gələcəyi üçün maraq doğuran qərarlarla yadda qaldı. Komandamızın Direktoru Işık Emrah Çelikel bu qərarlara öz qəlbinin səsi ilə münasibət bildirdi....  

* Mən klub prezidenti olsam, bu şərtlər altında komandaya baxmaram. “Qarabağ” Azərbaycanda olan bir milyondan çox qaçqının doğma komandasıdır.  Onların necə ağır vəziyyətdə yaşadığını çox yaxşı bilirik. Klubu yaşatmaqda məqsədimiz bu adı dünyada tanıtmaq və qaçqınlara sevinc bəxş etməkdir. 2001-ci ildən bu yana “Qarabağ” üçün etdiklərimizi hamı görür. Hətta UEFA Azərbaycanı üzvlükdən çıxaranda biz komandanı dağılamağa qoymadıq. Futbol olmayan bir vaxtda bütün oyunçuların, məşqçilərin maaşlarını vaxtı-vaxtında verdik. Klub rəhbərliyi Azərbaycana bağlayan ən güclü bağ mənəviyyatdır. Məhz buna görə “Qarabağ”a sponsorluq edirik. Azərbaycanda ele bir klub yoxdur ki, futboldan pul qazansın. Elecə də biz. İndiki vəziyyətdə də hər hansı maddi maraqdan söhbət gedə bilməz.

* Azərbaycan futbolu inkişaf yolunu tutub. Amma hələlik Avropa səviyyəsinə çatmamışıq. AFFA da daxil, bütün futbol ictimayyəti düşünməlidir ki, bu sahəni necə irəli aparaq. Təbii, hər hasnı bir sektoru ayağa qaldırmaq, Avropa səviyyəsinə çatdırmaq üçün maddi dəstəyə ehtiyac var. Bunu başa düşürük. Fəqət FİFA və UEFA ölkələrin vəziyətini nəzərə alaraq onlara yetərincə yardımlar ayırır. Bu yardımlar kifayət etmədiyi halda, federasiya klublardan kömək istəyir. Adətən bu vəziyyətlərdə mövcud imkanlar və ehtiyaclar düzgün qiymətləndirilir. “Qarabağ”ın gələn çempionatda iştirakı bizə indikindən qat-qat baha başa gələcək. Klub prezidenti, menecer və iki məşqçi üçün 200 min manat ödəməliyik. Baş məşqçi üçün 50 min, yeddi legioner üçün  140 min, iyirmi yerli futbolçu üçün 100 min xərcimiz çıxmalıdır. Deməli, üzvlük haqqı ən yaxşı halda 490 min manat edəcək. Mən hələ digər əlavə xərcləri nəzərdə tutmuram.

* Mən klub prezidenti deyiləm. Bu pul da mənim cibimdən çıxmır. Amma bir klub rəsmisi kimi vicdanım yol vermir ki, prezidentim mənə görə 40 min manat ödəsin. Çünki mən gördüyüm işlər nəticəsində nə bu pulu qazanıram, nə də klubuma 40 min xeyir gətirirəm. Vicdanı olan hər bir şəxs, yəqin ki, mənim kimi düşünür.

* Mən başa düşə bilmirəm ki, “Qarabağ” nəyə görə federasiyaya 490 min manat ödəməlidir? O pula neçə-neçə qaçqın ailəsini saxlamaq olar. Hər iki kluba ayırdığımız pula 205 qaçqın ailəsi saxlayarıq. Hər birinə 200 dollardan az ödəməmək şərtiylə. AFFA-ya bu pulu ödədikdən sonra Babək Quliyevin bir fit işarəsi ilə bir milyon qaçqının ümidlərini necə puç etdiyini görəndə adamı dəhşət bürüyür. Mən bunu prezidentimizə izah edə bilmirəm.

* Mən demirəm ki, “Qarabağ” ın bu pulu ödəməyə imkanı yoxdur. Bu pulu nəyə görə federasiyaya ödəməli olduğumuzu anlamıram. Bu pulun əvəzini necə çıxaracağımızı başa düşmürəm. AFFA-da bir bilgi vermir ki, klublardan yığdığı pulu hara xərcləyir.

* Biznesdə vergi və gömrük  haqları mühüm əhəmiyyətə malikdir. Yerli bazarda yerli malın dəyərini artırmaq istəyiriksə, kənardan gətirilən məhsullara yüksək vergi tətbiq olunur.  Futbolda bir biznesdir. Əgər dünyada, Avropada özünü isbatlamış Azərbaycana gəlib, futbolumuzu inkişaf etdirmək istəyirsə, federasiya ona görə 50 min manat tələb etməlidir. Əgər Kara kimi məşqçilərin öz ölkələrində burada qazandığından ən azı iki dəfə çox artığını ala biləcəyini nəzərə alsaq, buna  iki əllə razılıq  verməliyik. Elə bilməyin ki, yerli məşqçilərə qarşıyam. Hamısına böyük hörmətim var.  Amma gəlin, həqiqətə göz yummayaq. Uzun vaxtdır Türkiyədə və müxtəlif ölkələrdə “Qarabağ” a fizioterapist və idman həkimi axtarırıq. AFFA-nın yeni qərarından sonra bunun reallaşmaq ehtimalı azalıb.

* “Qarabağ” rəhbərliyi heç vaxt böyük pullar xərcləməkdən çəkinməyib. O halda ki, çəkilən xərc məntiqli olsun. “Qarabağ” ın vitse-prezidenti Tahir Gözəl heç vaxt deməyib ki, mən kluba bu qədər pul qoymuşam.  O bunu edə-edə, qaçqınları da yaddan çıxarmır. Onlara daim maddi dəstək verib. Buna örnək kimi iki gün əvvəl Ağdamda tikilməyə başlayan mini-futbol meydançasını göstərə bilərəm. “Het-trik” proqramı çərçivəsində Bakı və digər şəhərlərdə meydançalar tikən AFFA nə yazıq ki,  yazıq ki, köçkünlərlə dolu Ağdamı  yada salmır. Biz isə AFFA-nın görməli olduğu işləri  həyata keçiririk. “Qarabağ” indiyə qədər Azərbaycan futbolunun inkişaf etməsi üçün  əlindən gələn köməyi edib. Heç bir maddi maraq güdmədən. Klubun gələcəyi ilə bağlı bütün qərarları prezident və vitse-prezident verəcək.

 

Paylaş

// pop up