Əmrah Çəlikəl: "Yolumuz bağlanır!" (fanat.az)
Əmrah Çəlikəl: "Yolumuz bağlanır!" (fanat.az)
"Qurban müəllimin 7 yaşlı oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı"
Fanat: "Bu oyun haqqında saatlarla danışmaq olar. Hər halda 9 nəfərlə son saniyədə qol vursaydıq futbol tarixinə ən yüksək əzmkarlıq kimi daxil olardı. Amma istənilən halda komandayla qürur duyuram. "Qarabağ"ın əzmini, mücadilə istəyini təkcə biz yox, bütün Azərbaycan şahid oldu. Amma, təəssüflər olsun ki, oyunun hakimi "hakimiyyətin" əlində olmasından maksimum istifadə edərək sahədəki 11 nəfərimizdən daha güclü olması faktı bizi məyus etdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl klubun rəsmi saytına deyib.
"Bizi daha çox üzən meydandankənar amillərdi. Ölkəmizin avrokuboklarda təmsil edəcək klubların müyyənləşdiyi turnirdən biri olan kubok mücadiləsi hər zaman maraqlı və gərginliyə ilə maraq oyadıb. Amma təəssüflər olsun ki, bizim kuboka gedən yolumuz yaşıl meydandan kənarda gedən olayların təsiri ilə bağlanır. Bu amil istər-istəməz düşündürücüdür. İnşallah, ölkə kubokunu qazanacaq komanda ötən mövsüm "Qarabağ"ın avrokuboklardakı başarısını təkrarlayar. Hətta daha böyük uğurlara imza atmasından qürurlanar və 2 qat sevinərdik. Amma unutmamalıyıq ki, avrokuboklarda uğur qazanmaq üçün ölkəmizi təmsil edəcək komanda "Qarabağ" qədər güclü olmalıdır ki, ən azından komandamızın ötən ilki uğurlarını qazanmağı bacarsın", deyə klub rəsmisi əlavə edib.
Əmrah bəy Lənkəranda baş verənləri "Qarabağ"ın gənc futbolçularına mənfi təsir edəcəyini bildirib: "Qarabağ"da Azərbaycan futbolunun gələcək futbol ulduzları cəmləşib. Bizim bu günki siyasətimiz uzun müddətli strategiyamızın uğurlu məhsuludur. Biz ötən il kuboku qazananda "alnımızın ağıyla" zirvəyə ucalmışdıq. Hər kəsə bəllidir ki, komandamız ölkəmizin ən gənc komandasıdır. Bu gənclərin əksəriyyəti hələ həyatın isti-soyuğuna düşməyib. Bu uşaqları belə sındırmaq lazım deyil. Axı, onların gələcəyi sadəcə futboldan ibarət deyil. Onları cəmiyyətimizə güclü şəxsiyyətlər kimi çıxarmaq üçün hər birimiz dəstək verməliyik. Amma Vüsalın hərəkətlərinin onların psixologiyasına mənfi təsir göstərməməsi mümkün deyil. Elnura verilən 2-ci sarı, Rəşada göstərilən qırmızı vərəqə. Hər kəs gördü ki, Vüsalın atdığı bu addımlar yanlış idi. Əgər hakim bir dəfə bu səhvi etsəydi insanlıq halına bağlaya bilərdik. Deyərdik ki, insandı, səhv edib. Amma ardıcıl verdiyi qərarlar göstərdi ki... Bizim fəlsəfəmizdə dürüstlük hər zaman ən önəmli prioritet olub. Bunu klubla bağlı danışdırdığınız istənilən insan qeyd edə bilər. Təbii ki, hər birimiz ailələrimizdən dürüstlüyün, vicdan kimi əxlaqi kriteriyalar baxımından nəsihətlər, öyütlər almışıq. Amma dünən ekran başında oyunu izləyən, gələcəyin futbolçusu olmaq istəyən 5 yaşlı uşağın yadddaşına, psixologiyasına Vüsalın hərəkətləri heç də xoş şeylər vəd etməyəcək. Axı bu uşaq gələcəkdə hər kəsin mədh etdiyi futbolçuların sarı geyimli insan tərəfindən haqsızlığa uğramasından sonra necə futbolçu olmaq eşqiylə yanıb-alışacaq? İndi hansı övladının taleyini düşünən valideyn uşağını Vüsal Əliyevin idarə edəcəyi yarışlarda iştirak etməyə imkan verər? Mən cox üzülərəm ki, mənim öz oğlum televiziyada "Xəzər Lənkəran" - "Qarabağ" oyununa baxırdı. Qurban müəllimin 7 yaşlı oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı. İndi biz övladlarımıza baş vermiş bu haqsızlığı necə başa salaq?"
Direktor Vüsal Əliyev barəsində ölçü götürüləcəyinə inandığını deyib: "Dünyada baş verən heç bir haqsızlıq cavabsız qalmır. Bu ölkədə futbolun inkişafı üçün bu qədər işlər görülür. İnanırıq ki, Vüsal Əliyevin qərəzli hakimliyi ilə bağlı lazımi tədbirlər görüləcək. Amma bu gün ölkədə futbola bu qədər sərmayə yatırılır. Hər kəsə bəllidir ki, bu yatırılan sərmayə qarşılığında sponsorlar bir qəpik belə qazanc götürmürlər. Bu qədər çəkilən xərcin üzərinə 2 qərəzli fitlə xətt çəkən hakimləri nəinki hakimlikdən silmək, eyni zamanda onlarla bağlı ciddi cinayət işi qaldırmaq lazım olduğunu fikirləşirəm. "Qarabağ"da yerli oyunçulara verdiyi dəstəklə yürütdüyü siyasət hər kəs tərəfindən rəğbətlə qarşılanması qürurvericidir. Cəmiyyətimizin "Qarabağ"a olan sevgisiylə fəxr edirik. Amma "Qarabağ"da gənc, yerli oyunçuların çoxluq təşkil etməsi o demək deyil ki, hakimlərin bizə simpatiya bəsləməsini istəyirik. Ancaq istənilən halda bu yerli gənclərə dürüstlük baxımdan örnək olmaq lazımdır. Hakim "ədalət"in təmsilçisidir. Heç olmasa gələcəyimizi düşünərək gənclərimizə dürüstlüyü ötyrətməliyik, yolunu göstərməliyik. Amma daha dünənki biabırçılıqdan sonra işimizin çətin olduğunu etiraf etməlyəm", deyə Çəlikəl bildirib.