Əmrah Çelikəl:`Rəqibləri Quzanlıda qəbul edəcəyik`

single-news
1 Mar 2010

Əmrah Çelikəl:`Rəqibləri Quzanlıda qəbul edəcəyik`



`Qarabağ`  premyerliqanın`6`-lıq mərhələsi zamanı `ev` oyunlarında rəqiblərini Ağdamın Quzanlı Qəsəbə stadionunda qəbul edəcək. Son zamanlar ölkə mətbuatında `Qarabağ`ımızın doğma meydan kimi paytaxtda yerləşən arenaların xidmətindən yararlanacağı söylənilirdi. `Qarabağ` Futbol Klubunun direktoru Əmrah Çelikəl verdiyi açıqlamada bu məqama toxunub:`Məlum olduğu kimi, Suraxanıdakı İsmət Qayıbov adına stadion da `Qarabağ`ımızın sərəncamındadır. Amma qərara gəlmişik ki, həlledici mərhələnin, eyni zamanda kubok uğrunda mübarizədə də ev oyunlarımızı Ağdamda keçirək. Quzanlı Olimpiya komleksinin ot örtüyünün qənaətbəxş olması qənaətindəyik`.

Paylaş

// pop up