“ƏN ÇOX BƏYƏNİLƏN OYUNÇU” SORĞUSU BAŞA ÇATDI.

single-news
1 Fev 2005

“ƏN ÇOX BƏYƏNİLƏN OYUNÇU” SORĞUSU BAŞA ÇATDI.



Artıq bir aydan çox davam edən “Ən bəyənilən oyunçu” sorğusu bu günlərdə başa çatdı. Maraqlı məqamlarla yaddaqalan fanatlar arasında yarışdan cüzi səs çoxluğu ilə Samir Musayev qalib çıxdı. Düzdür, uzun müddət Anatoli Ponomaryov irəlidə olsa da, sğn günlərdə Aslan Kərimov da liderliyi bir neçə günlüyə ələ ala bildi. Amma üç səs A.Ponomaryovun irəli keçməsinə səbəb oldu. Son anlarda Samirin fanatları üstünlük təşkil etdi.1818 nəfər fanatın iştirak etdiyi sorğuda ilk üç yeri aşağıdakı oyunçular tutdular: Samir Musayev - 206 səs Anatoliy Ponomaryov – 190 səs Aslan Kərimov – 187 səs Sonrakı yerləri uyğun olaraq Rauf Mehdiyev, Vadim Vasilyev, İsmayıl Məmmədov və digərləri tutdular.

Paylaş