“Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”
“Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”
Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Pedro Bikalyonun iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.
Qurban Qurbanov güclü rəqiblə qarşılaşacaqlarını deyib: “Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. İnanıram ki, meydanda intizamlı kollektiv görəcəyik. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”.
Pedro Bikalyo da uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib: “Bizim üçün önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik. Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Bu, karyeramın ən önəmli oyunudur".
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:45-də başlayacaq.
