Ənənə davam edir, 10 il sonra və 5-ci dəfə. Fakt
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5476.jpg)
Ənənə davam edir, 10 il sonra və 5-ci dəfə. Fakt
`Qarabağ`ımız premyerliqanın XII turunda `İnter`lə qarşılaşdı. Bu tərəflərin çempionatlarda 29-cü görüşü kimi yadda qaldı. Buna qədər 12 qələbə qazandığımız, 9 dəfə məğlub olduğumuz rəqiblə görüşdə qol səsi çıxmadı. Nəticə də bu oyun bir sıra məqamlarla yadda qaldı.
`İnter` - `Qarabağ` görüşündə qolsuz bərabərliklə qarşıdurma tarixində 8-ci heç-heçə qeydə alındı. Matçda qol vurulmaması eyni zamanda 10 ildən sonra bir ilkin yaşanmasına səbəb oldu. Belə ki, `İnter` adı daşıyan komandayla `Qarabağ`ın oyununda tarixində ilk dəfə qol səsi çıxmadı. Ümumiyyətlə, `İnter`in varisi olduğu `Xəzər Universiteti`ylə sonuncu dəfə 2000/2001 mövsümündə baş tutan oyununda qapılara yol tapılmamışdı. 2001-ci ilin Martın 31-də Zabrat qəsəbə stadionundakı oyunla yanaşı bir mövsüm öncə eyni ayda eyni stadiondakı maçda da qol olmamışdı. Kubo mücadilələrini də saymaqla baş tutan 35 oyunda cəmi 2 dəfə bu hal yaşanmışdısa, düənəki hal 3-cü oldu.
Oyunda qol vurulmasa da, `Qarabağ`ımızın `İnter`ə qarşı seriyası davam edir. Belə ki, komandamız `bankir`lərə qarşı məğlubiyyətsizlik seryiasını 5 oyuna çatdırdı. Düzdü, bakılılara qarşı 4 oyunluq qələbə seriyamız qırıldı. Amma `Qarabağ`ımız ardıcıl 5-ci matçda da qapısını toxunulmaz saxlaya bildi.
`İnter`lə oyunda qeydə alınan eyni zamanda başqa ənənənin də davam etməsinin səbəbi oldu. Belə ki, `Qarabağ` 2011-ci ildə 5-ci dəfə millinin toplanışdan sonra keçirdiyi ilk oyunda xal itkisiylə qarşılaşdı. Bu 5 qarşılaşma - Neftçi` (0:2), `Bakı` (0:0), Sumqayıt-Şəhər` (0:0), `Rəvan` (1:1), `İnter`lə (0:0) oyunlardır. Maraqlıdı ki, milli toplanışından sonra `Qarabağ`ımızın 2011-də cəmi bir qələbə qazanıb ki, o da məhz `İnter`lə oyuna təsadüf edib. Ötən mövsüm premyerliqanın XXVIII turunda Adamiyanın 76-cı dəqiqədə penaltidən vurduğu qolla qələbə qazanmışıq.
Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsus olub istifadə zamanı istinad zəruridir.