ENGİN "QARABAĞ"I ÜSTÜN TUTDU

single-news
6 İyl 2005

ENGİN "QARABAĞ"I ÜSTÜN TUTDU



“Qarabağ” Futbol Klubunun yarımmüdafiəçisi Mustafa Engin Özmenə müxtəlif klublardan təkliflər gəlsə də, o başqa kluba keçmək fikrindən uzaqdır. Bu sözləri Türkiyənin “Milliyet” qəzetindəki “KOCAELI ENGINİ GÖZLƏYİR” yazısı da sübut etdi. O “Qarabağ”da futbolçu üçün hər cür şəraitin olduğunu və Azərbaycanda futbolu davam etdirmək istədiyini bildirib. Yazını olduğu kimi (türkcədən tərcüməsi) nəzərinizə çatdırırıq: __________ KOCAELI ENGINİ GÖZLƏYİR 2.Lig A Kategoriyasından olan Komandalar arasında Çempionluğa oynayan “Kocaelispor” Klubu hal-hazırda Azərbaycanın “Qarabağ” komandasında forma geyinən Engin Özmenlə əvvəllər apardığı danışıqlar bir nəticə verməmişdir.Geçdiyimiz günlərdə təklifini yeniləyən Kocaelispor rəhbərliyi indi Enginin verəcəyi cavabı gözləyir. Daha əvvəl Ankaragücü-Ankarademirspor-Sekerspor-Eskişehirspor kimi güclü komandaların formasını geyinmiş Engin isə oynadığı komandasından məmnun olduğunu ve başqa təkliflərin olmasına baxmayaraq ayrılmağı fikirləşmədiyini təklif edən komandanın rəhbərliyinə bildirmişdir. Azərbaycanda çempionluq uğrunda mübarizə aparan klubda forma geyinən və ən böyük arzularından birinin “Qarabağ”la Azərbaycan çempionu olmaq istəyən Engin bu arzusunun yaxın gələcəkdə reallaşacağına inanır. ____________________ Adı: Mustafa Engin Soyadı: Özmən Doğulduğu yer: Ankara Doğum Tarixi: 23.07.1976 Ampluası: Yarımmüdafiəçi Boyu: 181 sm Çəkisi: 73 kq Ailə vəziyyyəti: Evli

Paylaş