Engin “Qarabağ”ın ən yaxşı legioneri seçilib (EXPRESS,14.04.2005)

single-news
14 Apr 2005

Engin “Qarabağ”ın ən yaxşı legioneri seçilib (EXPRESS,14.04.2005)



“Qarabağ” futbol klubunun azarkeşlər arasında keçirdiyi növbəti sorğunun nəticəsi açıqlanıb. Respondentlər bu dəfə komandanın ən yaxşı legionerini seçiblər. 398 azarkeşin iştirak etdiyi sorğuda “Qarabağ”ın yarımmüdafiəçisi Mustafa Engin birinci olub. Türkiyəli futbolçu 134 respondentin rəğbətini qazanıb. Respondentlərin seçiminə görə, ikinci yeri 70 səslə Andrey Kolinenko, üçüncü yeri isə 63 səslə Denis Sokolovski tutub

Paylaş