Ensxededə imzalandı, Bakıda elan edildi!!! Azərbaycan futbolunun ən böyük transferi...
Ensxededə imzalandı, Bakıda elan edildi!!! Azərbaycan futbolunun ən böyük transferi...
Klub başçımızın böyük uğuru...
Ensxededə imzalandı...Bu gün Azərbaycan futbolunda ən əlamətdar günlərindən biridir. Bu gün Azərbaycan futbolunda yeni bir inqilabın əsası qoyuldu. Bu gün sabahımızın ümid işığı yandı.. Bu gün gənc və yeniyetmə fubolçular topu daha hərarətlə bağırlarına `basacaqlar`. Artıq azəri övladlarımızın nümunə götürəcəyi, `futbol və futbolçu yoxdur` təfəkkürünü beyinlərindən silib atacaq bir örnək var.
Çünki, gənclərimizin futbola ilk dəfə toxunacaq uşaqlarımızın bir zirvəsi, bir həvəs ambisiyası var.
Bu gün həqiqətən də, Azərbaycan futbolu üçün əlamətdar hadisəylə tarixə köçəcək. 2006-cı ildə Azərbaycana qayıdan, `Qarabağ`ın sıralarına qoşulan 16 yaşlı Vaqif Cavadov çoxları üçün sirli qutu idi. Bu istedadlı gəncə sahib çıxan `Qarabağ` Vaqifin bu gününü görürdü. Amma kim inanardı ki...
Bəli, bu gün yayda qanı qanımızdan, canı canımızdan olan azərilərimizdən ibarət `Qarabağ`ımız Avropada mərhələ keçəndə nəinki Azərbaycanda eyni zamanda Avropada səs salmışdı. Gənclərdən ibarət `Qarabağ`ımız dünyaca ünlü `Rusenborq`u diz çökdürmüş, `Honka`nı sıradan çıxarmış və Hollandiyada erediviziyasında lider olan `Tvente`yə əcəl təri tökdürmüşdü..
Və indi o tarixi komandanın gənc üzvü, artıq püxtəşləmiş, 20 yaşlı Vaqif Cavadov müstəqil Azərbaycan futbolunun ən böyük transferini reallaşdırdı. Klubumuzun strateji siyasəti öz bəhrəsini bu gün Hollandiyanın Ensxede şəhərində bəhrəsini verdi. Və 3 ildir `Qarabağ`ımızın şərəfini qoruyan Vaqif Cavadov artlq `Tvente`nin üzvüdür. `Qarabağ`ımızın sabiq deməyə dili gəlmədiyi Vaqif Cavadov `Tvente` klubunun üzvüdür.
Cavadovun Hollandiya çempionatının liderinin heyətində çıxış etməsi `Qarabağ`ımız üçün itki olsa da, `Qarabağ` futbol klubu bu itkiylə Azərbaycan futboluna verdiyi töhfəylə fəxr edir... Çünki...
Bakıda elan edildi...
...`Qarabağ` bu yola çıxanda nə qədər məsuliyyətli, eyni zamanda çətin bir missiyanı qəbul etdiyini anlayırdı. Klub rəhbərliyinin strategiyası məhz bunun üzərinə qurulmuşdu. Bu gün Vaqif Cavadov `Tvente`ylə 4,5 illik (!!!) müqavilə imzaladı.
Ani uğular ötəridir. Əbədi olan isə...məhz Vaqif Cavadovun `Tvente` transferi ilə Azərbaycan futbolunda yaratdığı inqilaba səbəb olmaqdır. `Qarabağ` Futbol klubunun vitse-prezidenti Tahir Gözel bunu deməkdən əsla çəkinməyib. Klub başçısının uzaqgörən siyasəti məhz bəhrəsini belə verdi. Bizə Vaqif deyil, vaqiflər lazımdır. Tahir bəyin bu arzusu nəhayət reallaşdı. Özü demişkən, uzun müddətdi bu anı gözləyirdi:`Biz bu yola qoyulandan bu anı gözləyirdik. Gənclərə verilən şans sabahımıza olan inamdır. `Tvente`ylə oyundan sonra `Tvente`nin prezidentiylə söhbət edirdik. Bu zaman Stiv Maklaren bizə yaxınlaşdı və bu günü heç vaxt unuda bilməyəcəyini dedi. Bu bizim üçün bir nailiyyət idi.`
Tahir bəy inanmışdı. İnanmışdı ki, azərbaycanlı futbolçulara inam və dəstək onların sabahını işıqlandıracaq. Tahir bəy klubumuzu o işığıa doğru yönəltdi. Komandanı gənc çalışdırcı Qurban Qurbanova gözünü qırpmadan həvalə etdi, komandanın gəncləşdirlməsi naminə görülən işlərə təkan verdi və bu günü gözlədi:` `Qarabağ`ın adı hər kəs üçün nə anlam daşıdığı bəllidir. Munstermanla (`Tvente`nin prezidenti) söhbətdə `Qarabağ` həqiqətlərini ona danışdığımız zaman çox təsirlənmişdi. Onu inandıra bildim ki, bizimkilərə inanmaq və şans vermək lazımdı.`
O bu günə inanmışdı. Meyvəsinin əkdiyi ağacın bəhrəsini görəcəyinə əmin idi. Onun uzaqgörən strategiyası, klublararasında düzgün qurulmuş münasibət Azərbaycanın 20 yaşlı gəncinin `Tvente`yə transferi kimi lərzə yaradacaq hadisəyə səbəb oldu. Amma Tahir bəy bununla kifayətlənməyib: Munstermanla Vaqifin `Tvente` verilməsi haqda danışanda ona qarşı bu şərti qoydum. Vaqifi `Tvente`yə veririk. Amma Cavadov mütləq oynamalıdır! Çünki, Azərbaycanda yetişən gənc futbolçular ondan nümunə, örnək götürsünlər. Qoy mən də Vaqif kimi oynayım, `Qarabağ`ın verdiyi imkandan yararlanım, ölkəmi Avropada ən yaxşı şəkildə təmsil edim deyə. Və Munsterman mənimlə razışlaşdı. Və mənə söz verdi ki, Vaqif `Tvente`də oynayacaq.`
Bəli, `Qarabağ` gənclərin ümid yerinə çevrilib. Klubumuzun əsas komandasında, fərqli yaş qruplarında top qovan onlarla gənc bu ümidin işığına göz dikib. Tahir bəyin növbəti klubun prezidentinin qarşısına şərt qoyması isə elə də uzaqda deyil.