ERİKSSON "YUVENTUS"DA ? ? ?
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1910.jpg)
20 Fev 2006
ERİKSSON "YUVENTUS"DA ? ? ?
İtaliya mətbuatı bu gün şok sayılabiləcək məlumat yayıb. Belə ki, İngiltərə yığmasının Baş Məşqçisi Sven Qoran Eriksson İtaliyanın və eləcədə Dünyanın tanınmış klublarından biri "Yuventus"un Texniki Direktoru ola bilər. Lakin bu, ən tezi Dünya Çempionatı başa çatdıqdan sonra reallaşa bilər.Çünki İngiltərənin Dünya Çempionatına çıxışında məhz Erikssonun böyük rolu olmuşdur və çalışdırıcı bu uğuru Mundialda da davam etdirmək istəyir.
Xatırladaq ki, çox yaxın keçmişdə Erikssonun "İnter"ə keçəcəyi mətbuat səhifələrində dolaşmaqdaydı. "Yuventus"a isə, Roberto Donadoninin gətiriləcəyi bildirilirdi...
Erikssonun artıq İtaliya təcrübəsi var. Belə ki, bir neçə il öncə o, "Lasio"nun Baş Məşqçisi olaraq fəaliyyət göstərməsi də diqqət çəkən məqamlardandır.