Erkən duel və ispan dueli

single-news
11 Apr 2014

Erkən duel və ispan dueli



Çempionlar Liqasın və Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Qitənin ən nüfuzlu turnirində erkən final `Real`la `Bavariya` arasında baş tutacaq. ÇL-i ən çox qazanan ispanlarla turnirin son qalibi almanlar üz-üzə gələcək.
Digər yarımfinal cütlüyündə isə digər Madrid təmsilçisi `Atletiko`  `Çelsi`ylə finala çıxmaq üçün mübarizə aparacaq.
Yarımfinal cütlükləri:


`Real` (Madrid, İspaniya) - `Bavariya` (Almaniya)

`Atletiko` (Madrid, İspaniya) - `Çelsi` (İngiltərə)
Yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək

Avropa liqasında isə İspan duelindən finala çıxacaq komanda `Yuventus` - `Benfika` cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək.
 
Yarımfinal cütlükləri:

`Sevilya` (İspaniya) - `Valensiya` (İspaniya)

`Benfika` (Portuqaliya) - `Yuventus` (İtaliya)

 

 

Paylaş

// pop up