ERNAN KRESPO "ÇELSİ"YƏ QAYIDIR

single-news
7 İyl 2005

ERNAN KRESPO "ÇELSİ"YƏ QAYIDIR



Argentinalı hücumçu Ernan Krespo yeni mövsümdən İngiltərə Premyer-Liqasına qayıdaraq "Çelsi"nin şərəfini qoruyacaq. Bu barədə futbolçunun agenti məlumat vermişdir... Ötən sezon icarə əsasında "Milan"da oynamış 30 yaşlı futbolçu karyerasını Apenin adasında davam etdirmək istədiyini dəfələrlə bildirmişdir. Lakin "Milan"ın Kristian Vieri ilə də anlaşması "Çelsi"nin isə hücumçuya eytiyacının olması Kresponun məhz İngiltərəni seçməsinə gətirib çıxardıb. Yay fasiləsində Fernando Torreslə, Devid Trezeqe ilə, Andrey Şevçenko və Adriano ilə maraqlansa da, Roman Abramoviçin komandası deyilən hücumçuların heç biri ilə anlaşa bilmədi. Bununla yanaşı, "Çelsi" iki hücumçusu ilə birdən ayrıldı: Matey Kejman Madrid "Atletiko"su ilə, Mixael Forsell isə "Birminqem"lə anlaşdı.

Paylaş