Əsassız qovulma?! (HET-TRİK, 15.03.2006)

single-news
15 Mar 2006

Əsassız qovulma?! (HET-TRİK, 15.03.2006)



"BÖYÜKAĞA AĞAYEV DEDİ Kİ, GƏTİR FORMANI VER VƏ BİR DAHA MƏŞQLƏRƏ GƏLMƏ" İsgəndər Cavadovun oğlu "Qarabağ"dan qovulub. Artıq bu xəbəri hamınız bilirsiniz. Amma əsas səbəbi məlum deyil. Klubun icraçı direktoru Əmrah Çəlikəl bunu futbolçunun məşqlərə qatılmaması ilə əlaqələndirdi, bu məsələdə digər amillərin heç bir rol oynamadığını dedi. Futbolçunun atası isə oğlunun xəstə olduğunu və bu üzdən məşqlərə getmədiyini bildirdi. İsgəndər müəllim klub rəhbərliyinin və baş məşqçinin Cavadın komandadan uzaqlaşdırılmasına heç bir əsas gətirmədiklərini də söylədi: "Uşaq "qrija"dan əməliyyat olunmuşdu. Üç ay xəstə yatıb. Sonra gedib məşqlərə, buraxmayıblar. Mən özümü onların səviyyəsinə endirib, gedib səbəbini soruşmadım. Cavan futbolçudu. Onun gələcəyi var. Bir neçə aydan sonra yenidən məşqlərə başlayacaq". İsgəndər müəllimin oğlu Cavad Cavadov özü də klubdan uzaqlaşdırılmasının səbəbini bilmədiyini dedi: "Bir neçə ay xəstə yatdım. Əməliyyat olunduqdan sonra yenidən bazaya getdim. Baş məşqçi mənə dedi ki, gətir formanı ver və bir daha məşqlərə gəlmə. Əsas da gətirmədilər ki, səni niyə qovuruq. Böyükağa müəllimlə münasibətimə gəlincə, çox əla idi". "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayevdən Cavadın komandadan qovulmasına münasibətini öyrənmək istəsək də, cəhdlərimiz bir nəticə vermədi.

Paylaş