ƏSGƏR ABDULLAYEV: "BƏZİ EPİZODLARDA RƏQİB BİZİ BAĞIŞLADI"

single-news
12 Sen 2005

ƏSGƏR ABDULLAYEV: "BƏZİ EPİZODLARDA RƏQİB BİZİ BAĞIŞLADI"



Matçdan sonra Mətbuat Konfransı keçirildi. İlk öncə qonaq komandanın Baş Məşqçisi Əsgər Abdullayev öz fikirlərini bölüşdü: "Qarabağ" güclü klubdur və bu gün də onlarla matçın heç də asan qalibiyyətlə bitəcəyini düşünmürdüm. Belə də oldu. Məğlub duruma düşdük. Bundan sonra rəqib bizi yumşaq desək, bir neçə epizodlarda bağışladı. Hissənin sonlarında hesabı bərabərləşdirməyimiz isə vaxtında oldu. İkinci hissədə isə komandamın oyunu alındı və nəticə göz qabağındadır. Rəqib komandanı qısa müddət ərzində mübariz bir komanda yaratdıqlarına görə təbrik edirəm." "Qarabağ" Baş Məşqçisi Elxan Abdullayev: "Bakı" FK-nu qələbə münasibətilə təbrik edirəm. Gözəl oyun göstərdilər və nəticədə qalib gəldilər. Öz komandam da pis oynamadı. Lakin müdafiəmiz bu gündə əvvəlki oyunlarda olduğu kimi "öz sözünü" dedi. Yeddi qol vurmuşuq, amma qarşılığında doqquz qol buraxmışıq. Bu da bizim müdafiədəki problemlərdən irəli gəlir. Buna baxmayaraq, biz oyundan da göründüyü kimi, zəif deyilik. Sadəcə bəzi problemlərdən bu hesab qeydə alındı.

Paylaş