ƏSGƏR ABDULLAYEV: "QARABAĞ"I TƏBRİK EDİRƏM . . ."

single-news
18 Mar 2006

ƏSGƏR ABDULLAYEV: "QARABAĞ"I TƏBRİK EDİRƏM . . ."



Matç sonrası Mətbuat Konfransı keçirildi. İlk öncə "Qarabağ" FK-nun baş məşqçisi Böyükağa Ağayev öz fikirlərini bölüşdü: "Bakı" ilə gərgin oyun keçəcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Biz əks hücumda rəqibi yaxalamaq istəyirdik.Bu istəyimizə nail ola bilməsək də, qapımızın toxunulmazlığını qoruyub saxlamaq vəzifəsinin öhdəsindən uşaqlar gələ bildilər. Bu isə yarımfinal demək idi."Bakı" gözəl kamandadır, onlara çempionatda uğurlar arzulayıram." Sonra söz "Bakı" FK-nun baş məşqçisi Əsgər Abdullayevə verildi: "İlk öncə "Qarabağ" FK-nu qələbə münasibətilə təbrik edirəm. Əzmkarlıq sonda qalib tərəfin məhz onlar olmasına gətirib çıxardı. Hakimlərdən isə tam narazıyam. Həm ilk oyunda, həm də bu günkü oyunda hakimlər bizə qarşı haqsızlıqlara yol verdilər."

Paylaş