"ESKİŞEHİRSPOR" - "QARABAĞ" 0:0. FOTOQALEREYA
"ESKİŞEHİRSPOR" - "QARABAĞ" 0:0. FOTOQALEREYA
“Qarabağ” Futbol Klubu Ankarada keçirdiyi təlim-məşq toplanışında ikinci hazırlıq matçını da geridə buraxdı. Komandamızın bu dəfəki rəqibi Türkiyə superliqasına yenicə vəsiqə qazanmış “Eskişehirspor” olub. Komandamız görüşə ənənəvi 4-4-2 sxemiylə çıxıb. Bu oyunda komandamızda bir sıra yoxlanışa gələn futbolçular sınanıb. Komandamızın qapısını “Karvan”dan yenicə sıralarına qatdığı Sahil Kərimov qoruyub. Düzdü, 27 yaşlı qapıçı 33 –cü dəqiqədə zədələnərək yerini Osman Umarova buraxıb. Onu da qeyd edək ki, Sahilin zədəsi elə də ciddi deyil. Arxa dördlükdə Azər, Muhammed, Muammer və Maksim qərarlaşmışdı. Onların önündə Aslan, Ayxan və baxışa gələn Vujanoviç vardı. Şakiri hücumda çıxış edən Tomas və Petroviç qərarlaşmışdı. Oyundan öncə “Qarabağ”ın əslən Eskişehirdən olan baş məşqçisi Rasim Kara eyni adlı klubun çalışıdırcısı Rza Çalımbayla səmimi görüşərək uzun müddət söhbət etdilər. “Eskişehirspor” oyuna bu heyətlə çıxmışdı:Sinan, Sezgin, Nodarovic, Tayfun, Ahmet, Serkan, M. Akif, Birol, Mustafa, Serdar, Omer.
Görüşün ilk 10 dəqiqəsində nominal ev sahibləri ərazi üstünlüyünü ələ keçirsələr də qapılar önündə təhlükəli vəziyyətlər yaratmaq mümkün olmadı. Əvəzində komandamız ərazi üstünlüyünü ələ keçirməyə başladı. Bunda getdikcə komandaya uyğunlaşan Şakirinin böyük əməyi vardı. Playmeykerin yerinə yetiridiyi cərimə zərbəsini qapıçı son anda barmaqlarının ucuyla zərərsizləşdirə bildisə, künc zərbəsindən sonra Muhammet boş mövqedən baş zərbəsini qapıya yönəldə bilmədi. İlk yarıda daha 2 önəmli epizodda öncə Ayxanın zərbəsini müdafiəçilərdən döndü, digər epizodda isə Tomas əlverişli mövqedə zərbə yerinə ötürməyə üstünlük verdiki buda nəticəsiz qaldı.
İkinci yarıda hər iki tərəfin çoxsaylı əvəzetmələrə əl atması oyunun tempini söndürdü. Belədə ilk yarıyla müqayisədə meydanda elə də gərgin vəziyyətlər yaranmadı. Ən önəmli qol epizodunu isə yenə də komandamız yaratdı. Vaqif əla hərəkətlə 2 müdafiəçini keçərək Əfranı əla mövqeyə çıxarsa da İsmayılovun zərbəsini müdafiəçidən döndü.
Belədə, hər iki tərəfin səylərinə baxmayaraq matçda hesab açılmadı.