Estoniyada üç qələbə

Estoniyada üç qələbə
16 yaşadək futbolçulardan ibarət komandamız Estoniyada keçirilən “Tallinn Cup”da mübarizəyə başlayıb. Rəşad Sadiqovun yetirmələri ilk turda Latviya təmsilçisi “Auda” ilə görüşüb.
Komandamız rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub.
İkinci turda İsveç “Hasselbi”si ilə görüşən komandamız 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb. Komandamız Estoniyanın “NF Academy” klubunu da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.
Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.