`Estudiantes` Argentiva, `Vetra` Litva ...

single-news
18 Yan 2010

`Estudiantes` Argentiva, `Vetra` Litva ...



`Qarabağ` Futbol komandasının düşərgəsinə daha üç futbolçu qoşulmuşdur. İkisi Argentinalı, biri isə Litvalı olan bu futbolçular yaxın günlərdə Qurban Qurbanovun sərəncamında özlərini sübut etməyə çalıçacaqlar...

Mindaugas GRİGALEVİCİUS

 

1981-ci il doğumlu bu futbolçunun ampluası hücumçudur. Karyerasına 1999-cu ildə `Jalgris` komandasında başlayan Mindaugas, 2003-2004 mövsümündə Farer adalarının `VB` Vagur komandasında legioner həyatı yaşamışdır. Daha sonra vətənə dönən futbolçu öncə `Şilute`(2004-06), sonra isə `Kaunas`(2006-08) komandalarının şərəfini qorumuşdur. Futbolçu son mövsümü çempionatda ikinci yerdə başa vurmuş `Vetra`da keçirmişdir. Bu dövrlər ərzində Milli komandanın də şərəfini qorumuş futbolçu iki qat Litva Çempionu tituluna da sahib olmuşdur.

 

Julio Cesar JUNCO

 

1983-cü ildə anadan olmuş, Argentinalı futbolçunun ampluası hücumameylli sol yarımmüdafiəçidir. Karyerasına `Almagro` komandasında başlayan futbolçu 2006-08 mövsümlərində Boliviyanin `Vilstermann` komandasında top qovmuşdur. `Almagro` komandasının iddiasının artması futbolçunu vətənə qaytarmışdır. Son bir ildə futbolçu məhz `Almagro`nun uğuru üçün çalışmışdır...

 

Ever Antonio ZARATE

 

1980-ci il doğumlu futbolçunun ampluası yarımmüdafiəçidir. Sag və sol cinahlardan hücuma dəstək verə bilən futbolçu bütün karyerasını `Estiduantes` komandasının uğurlarına həsr etmişdir. Yalnız 2006-07 sezonunda `Tigre` komandasına keçən futbolçu sonra yenidən doğma komandasına qayıtmışdır.

 

Hər üç futbolçu `Qarabağ`ın düşərgəsinə bu gün qoşulmuşdur...

Paylaş

// pop up