Ev oyunlarımız "Dalğa Arena"da !

20 İyn 2019
Ev oyunlarımız "Dalğa Arena"da !
"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubuyla və II mərhələyə yüksələcəyi təqdirdə də ev oyununu "Dalğa Arena"da keçirəcək.
Buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.