Evdə 2 qollu qalibiyyət

single-news
4 May 2025

Evdə 2 qollu qalibiyyət



“Qarabağ” - “Sumqayıt” - 2:0

Yassin Benzia, 59; Kadi Borqes, 82

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXIII tur matçında “Sumqayıt”ı qəbul edib.

 

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

 

“Azersun Arena”da təşkil olunan oyuna komandamız daha sürətli başlayıb. Topa daha çox sahib olan futbolçularımız rəqib müdafiəsini yarmağa çalışıblar. Komandamız, həmçinin, müdafiədə də etibarlı çıxışla diqqət çəkib.

 

Fasilədən sonra da üstün olan tərəf komandamız olub. Bunun bəhrəsi kimi rəqib iki dəfə mərkəzə dəvət edilib. Əvvəlcə Yassin Benzia cərimə meydanı kənarından gözəl qola imza atıb. Matçda son nöqtəni isə Kadi Borqes qoyub.

 

Beləliklə, 2:0 hesablı qələbə qazanan komandamız xallarının sayını 80-ə çatdırıb. “Qarabağ” növbəti oyununu mayın 11-də evdə “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Paylaş

// pop up