Əvəzedicilər darmadağınla başladı

Əvəzedicilər darmadağınla başladı
`Qarabağ`ımızın əvəzedici komandası da mübarizəyə başlayıb. Gənclərimiz Suraxanı qəsəbə stadionunda `Standard`ın eyni hüquqlu komandasını qəbul edib. Ötən mövsüm çempionatı gümüş medallarla bitirən komandamız yeni mövsümə darmadağınla başlayıb.
Komandamız görüşə bu heyətlə çıxıb: Oslam Umarov, Fərrux Rəhimov, Ceyhun Adışirinov, Xeyal Əhmədov, Ramin Ağayev, Fərid Haqverdiyev, Natiq Kərimi, Emin Mustafayev, İsabala İsrafilov, Rauf Əliyev
Komandamız `Standard`ın daşını daş üstünə qoymayıb. Zədə ucbatından Ağdama yollana biləməyən Rauf Əliyev əvəzedicilərlə oyunda meydana çıxmaq istədiyini və komandaya yardım etmək istədiyini bildirib. Və gənc forvard düz 4 dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. İsabala İsrafilovun dubluna isə `qırmızı`lar cəmi 1 dəfə cavab verə biliblər. Beləliklə, komandamız meydandan 6:1 hesablı qələbə ilə ayrılıblar.