Əvəzedicilər əzəli rəqibini darmadağın etdi, 6:1

single-news
1 May 2010

Əvəzedicilər əzəli rəqibini darmadağın etdi, 6:1



Əvəzedcilərin çempionatında uğurla çıxışını davam etdirən komandamız yarışın final mərhələsinin 7-ci turunda `Neftçi`ni qəbul edib. Əzəli rəqiblə mübarizədə Elşad Xudadatovun yetirmələri fırtına kimi əsib. Ötən mövsümün çempionu ilə vitse-çempionu arasında baş tutmuş matç komandamızın darmadağını müşahidə olunub. Komandamız `Neftçi`nin komandasına düz 6 dəfə keçirib. Maraqlı məqam ondan ibarətdir ki, komandamızın bütün qollarını fərqli futbolçular vurub. Artıq ilk yarıda komandamız `ağ-qara`ları 3 dəfə meydanın məekəzinə dəvət edib. Qara Qarayev, Samir Hüseynov, Natiq Kərimi fərqlənib. İkinci yarıda Emin Mustafayev rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Ardınca Ağabala Ramazanov hesab arasında fərqi azaltsa da, Rövşən İsmayılov və Şəhriyar Xəlilov daha 2 qol vuraraq hesabı 6:1-ə çatdırıblar.

Beləliklə, komandamız xallarını 36-ya çatdıraraq ən yaxın rəqibi `İnter`dən 4 xal uzaqlaşdı.

Paylaş

// pop up