Əvəzedicilər həmişə olduğu kimi

single-news
1 Fev 2010

Əvəzedicilər həmişə olduğu kimi



Premyerliqanın başlamasına hələ bir gün qalsa da, əvəzedicilərin birincilyi artıq start götürüb. Turun mərkəzi görüşündə `Qarabağ`ımız əzəli rəqibi `Neftçi`nin qonağı olub. Ötən mövsüm ilk 2 sıraya sahib çıxmış komandaların görüşü bu dəfə də gərgin alınıb. Ən yaxın rəqibinə böyük fərq atan komandamızın `ağ-qara`larla oyununda əsas hadisələr 2-ci hissənin sonunda yaşanıb. Öncə 77-ci dəqiqədə Röyal Nəcəfov `Qarabağ`ımızı hesabda önə keçirdi. 3 dəqiqə sonra `Neftçi`Ruslan Tağızadənin penalti zərbəsiylə hesabı bərabərləşdirdi. Lakin sona 1 dəqiqə qalmış komandamız Natiq Kərimi komandamızın qələbə topunu vura bilib. Beləliklə, Elşad Xudadatovun yetirmələri bu qələbəylə əzəli rəqibiylə xal fərqini 14-ə yüksəltdi.

Paylaş

// pop up