Əvəzedicilər `Qəbələ` ilə qələbəylə başladı

single-news
11 Mar 2010

Əvəzedicilər `Qəbələ` ilə qələbəylə başladı



Premyerliqanın əsas mərhələsiylə yanaşı əvəzedicilərin yarışında da analoji mərhələ start götürüb. Təsnifat mərhələsini lider kimi bitirən Elşad Xudadatovun yetirmələri Qəbələnin eyniadlı kollektivini qəbul edib.

Görüşə komandamız bu heyətlə başlayıb:  Osman, Pərviz, Kamil, Elmin, Nodar, Natiq, Şahin, Elvin, Toğrul, Ramin, Röyal

Görüş komandamızın üstünlüyü ilə başladı. Lakin ilk yarıda nə Röyal Nəsəfov, nə də Natiq Kərimi əldə etdiyi imkanlardan yararlana bilmədi. Belədə görüşün ilk yarısı qolsuz bərabərliklə sonuclandı. Amma ikinci yarıda komandamız hücumlarını gücləndirdi və lazım olan qolu vura bildik. Natiq Kərimi nəhayət istəyinə çatdı.  Belədə oyunun sonuna qədər başqa qol olmayınca `Qarabağ`ımızın əvəzediciləri final mərhələsindəki ilk matçdan qələbə ilə ayrıldı.

Paylaş

// pop up