Əvəzedicilər yanvarın 10-unda yığışacaq

single-news
30 Dek 2009

Əvəzedicilər yanvarın 10-unda yığışacaq



`Qarabağ`ımızın əvəzedici heyəti çempionatda fırtına kimi əsir. 17 turluq marafonda ən yaxın rəqibinə 7 xal fərq atan, 3-cü sıradakıdan isə 11 xal aralanan `dublyor`larımız yeniyetmə futbolçularla gələcəyə böyük ümid verir. Bəs, görəsən əvəzedicilərimizin qarşıdan gələn proqramı nədən ibarətdir. Bu məqsədlə, 2-ci komandamızın baş məşqçisi Elşad Xudadatova müraciət etdik:`Fasilə öncəsi son macımızı 23-ü keçirsək də, məşqlərimizə ara verməmişdik. Dünənə qədər məşqlərimizi davam etdirmişik. Əsas məqsədimiz 1991 və 1992-ci il təvəllüdlü uşaqları yoxlamaq olub. Komandamız yetərincə gənc olsa da, heyətimizi daha da gəncləşdirməyə qərar vermişik. 1988-ci il təvəllüdlülərlə yollarımızı ayrmağa qərar vermişik. Əsas komandanın məşqçiləri daim oyunlarımızı, məşqlərimizi izləyir. Bizim əsas məqsədimiz əsas komandaya futbolçu verməkdir. Əgər indiyə kimi 1988-ci ildə doğulanlar şanslarından istifadə edə bilməyiblərsə bu artıq onların problemidir. Yanvarın 10-unda yenidən yığışacağıq. Ardınca 10 günlük təlim-məşq toplanışı keçəcəyik. Fasilə dönəmində ölkəni tərk etmək kimi bir planımız yoxdur`.

Paylaş

// pop up