Əvəzedicilərdə növbəti qələbə

single-news
17 Apr 2010

Əvəzedicilərdə növbəti qələbə



`Qarabağ`ımızın əvəzediciləri uğurlu fəsliyyətini davam etdirir.  Elşad Xudadatovun yetirmələri zirvə yolunda əmin addımlarla yoluna davam edir. 2-cilərin yarışında lider olan gənclərimiz `Qəbələ`nin qonağı olub. Gözlənildiyi kimi oyunu üstün şəraitdə keçirən komandamız sonda daxılına növbəti 3 xalı daxil edib.

Oyunun 40-cı dəqiqəsində Emin Mustafayev komandamızı hesabda önə keçirib. 51-ci dəqiqədə isə Xudadatovun yetrimələri Röyal Nəcəfovla hesab arasındakı fərqi artırıb. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə isə `ev sahiblərinin vurduğu qol sadəcə təsəlli olub. Beləliklə, `Qarabağ`ımızın əvəzediciləri xalını 33-ə çatdırmaqla ən yaxın rəqibini 7 xal qabaqlayır.

Paylaş

// pop up