Əvəzedicilərdə `qızıl`a az qaldı. 3:1

single-news
5 May 2010

Əvəzedicilərdə `qızıl`a az qaldı. 3:1



`Qarabağ`ımızın əvəzedici heyəti çempionluğa daha da yaxınlaşdı. Elşad Xudadatovun yetirmələri `Bakı`nı məğlub etməklə çempionatın sonuna  2 tur qalmış liderliyini daha da möhkəmlətdi. Təxirə salınmış turda paytaxtın eyniadlı təmsilçisiylə qarşılaşan komandamız çətinlik çəkmədən 3 xala sahib çıxdı.

Görüşə hücumlarla başlayan komandamız çox keçmədən istəyinə çatdı. Komandamızın bombardiri Röyal Nəcəfov 26-cı dəqiqədə hesabı açdı. Cəmi 3 dəqiqə sonra hesab arasındakı fərqi artırdıq. Qara Qarayev bu dəfə adını tabloya yazdırdı. İlk yarı bu sonucla başa çatdı. İkinci yarıya da hücumlarla başlayan komandamız 61-ci dəqiqədə Emin Mustafayevlə 3-cü dəfə qola sevindi. Bundan sonra bir qədər rahatlaşan komandamız 73-cü dəqiqədə Nurlan Novruzovun qoluna üzülsə də, oyunda başqa qol olmadı və `Qarabağ`ımızın əvəzediciləri çempionluq yolunda daha bir qələbə qazandı.

Paylaş

// pop up