ƏVVƏL FİTNESS, SONRA TOPLA MƏŞQ

single-news
10 İyl 2007

ƏVVƏL FİTNESS, SONRA TOPLA MƏŞQ



"Qarabağ" Futbol Klubu təlim məşqin daha bir gününü başa vurdu. Səhər günün ilk məşqi Fitness Klubda keçdi. Futbolçular isinmə hərəkətlərindən sonra fiziki durumlarını daha da yaxşılaşdırmaq üçün idman alətlərinin arxasına keçdilər. Bu yorğunluğu atmaq üçün isə "Qarabağ"lılar yaxınlıqdakı hovuzdan istifadə etdilər...

Günün ikinci məşqi isə, Patalya Hotelin idman meydançasında keçdi. Bütünlüklə topla hazırlığa həsr olunan məşqin əvvəli meydanın 2-ci bölüm deyilən hissəsində topla hərəkətlərə həsr olundu. Bu zaman hücumların daha kəsərli keçməsi üçün Baş Məşqçi Rasim Kara öz məsləhətlərini verərək, buraxılan səhvləri futbolçulara təhlil etdi... Yandan asmalardan sonra başa zərbələr, qapıçıların çıxışlarda hücumçuların mövqeləri və s . də məşq planına daxil edildi...

Məşq qapılara zərbələrlə başa çatdı.

Paylaş

// pop up