ƏVVƏLCƏ MƏŞQ, SONRA MƏTBUAT KONFRANSI...
ƏVVƏLCƏ MƏŞQ, SONRA MƏTBUAT KONFRANSI...
Bu gün `Qarabağ` Futbol Komandası Avropa Liqası I təsnifat mərhələsinin ilk görüşü öncəsi son məşqini edib. Yerli vaxtla 17:45-də start götürən məşq iki 10 dəqiqə olmaqla iki tərəfli oyunla başa çatdı. Bütün heyətin qoşulduğu məşqdə yalnız Əfran individual məşqlə kifayətləndi.
Məşq başa çatan kimi Komandamızın Baş Məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirildi. Mətbuatın verdiyi suallara əsasən Qurban müəllimin Komandamız və rəqib haqqında fikirləri:
`Komandamız oyuna plana uyğun şəkildə, ciddi hazırlaşıb və düşünürəm ki, oyun hər iki tərəf üçün çətin keçəcək. Meydançanın süni olmasının bizə elə də önəmi yoxdur, çünki süni meydançada futbolçularım necə oynamağı bilirlər. Heyətdə keçən illə müqayisədə dəyişiklik elə də böyük deyil və demək olar ki əsas `onurğa sütunu`nu saxlaya bilmişik. Rəqibimiz gənc, dinamik rəqibdir və ən əsası Baş Məşqçisi tanınmış, təcrübəli bir mütəxəssisdir. Amma oyunun nəticəsinə gəlincə konkret bir hesab deməyəcəm. Sadəcə inanıram ki, oyun Komandamıza sərf edən nəticə ilə bitəcək...`
Daha sonra `Banga` komandasının Baş məşqçisi mətbuatın suallarını cavablandırdı. O, meydança amilinin, azarkeş amilinin onların tərəfində olmasına diqqəti çəkərək futbolçularına ilk matçda sərfəli nəticə qazanması üçün çalışdıqlarını bildirib. `Oyunun nəticəsinə gəlincə, qələbə olmasa, onda qolsuz heç-heçəni sərfəli nəticə sayacağıq...`