Eyni tarix, eyni hesab, eyni `Adam`

single-news
21 Fev 2012

Eyni tarix, eyni hesab, eyni `Adam`



`Qarabağ`ımız premyerliqanın XXI turunda `Kəpəz`i qəbul etdi.  Qərb derbisi tarixində ilk dəfə Quzanlı qəsəbəsində baş tutdu.
Oyun `Qarabağ`ımızın böyük üstünlüyü ilə keçsə də matçda cəmi 1 qol vuruldu. 27-ci dəqiqədə Əfranın sağ cinahdan  keçid sonrası qapı önünə verdiyi ötürməni gürcü forvard tora göndərdi. Bununla da Əfran ötən tur `Bakı`yla oyunda olduğu kimi bu dəfə də `Adam`ın assistenti rolunu oynadı.
Georgi Adamiya unikal göstəriciyə imza atıb. 30 yaşlı forvard  ötən il `Gəncə`, bu il `Kəpəz`ə qarşı keçirdiyimiz 4 oyunun hamısında fərqlənməklə yadda qaldı. Üstəlik, bu 4 matçın hamısı `Qarabağ`ımızın qələbəsiylə yekunlaşıb. Cari mövsüm 5-ci qoluna imza atan Adamiya Azərbaycan premyerliqasında 58-ci qolunu vuraraq ilk pillədəki Badri Kvaratsxeliyaya daha da yaxınlaşdı.
Maraqlıdı ki, ötən mövsüm də eyni rəqiblə mücadiləmiz Fevralın 20-də baş tutmuşdu. Və o zaman da minimal hesablı qələbəmiz qeydə alınmışdı.Eyni tarixli,  eyni hesablı, eyni müəllifli oyun sadəcə Gəncədə deyil Quzanlıda baş tutdu.

Adamiyanın qolu..və başqa qollar

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1 


 

Paylaş

// pop up