Eyni tarix, eyni meydan, eyni qapıçı: Təsadüf yoxsa...
Eyni tarix, eyni meydan, eyni qapıçı: Təsadüf yoxsa...
`Qarabağ`ımıza premyerliqanın təsnifat mərhələsini `Simurq` üzərində qələbəylə başa vurdu. Bununla da məğlubiyyətsizlik seriyasını 9-a çatdıran `Qarabağ`ımız final mərhələsinə 4-cü pillədə başlayacağını dəqiqləşdirdi.
`Qarabağ`ımızın Zaqatala klubu üzərindəki qələbəsi çoxlarının dediyi kimi qanunauyğun idi. Amma araşdırmamız zamanı bir fakt diqqətimizi cəlb etdi ki... Təsadüfmü yoxsa zəruriyyət olduğunu anlamaqda çətinlik çəkdik.
Görüşün 23- dəqiqəsində Rəşad Sadıqov ənənəvi cərimə zərbəsiylə arxivinə daha bir baxımlı qol daxil etdi. Özüməxsus zərbəyə malik olan Sadıqovun qolu bir eyniyyətiylə diqqəti cəlb etdi. Belə ki, Sadıqov 2 il bundan öncə eyni meydanda (!), eyni qapıya (!!), eyni yerdən (!!!) qol vurmuşdu. Sadəcə Dmitri Kramarenko o vaxt `Xəzər-Lənkəran`ın qapısını qoruyurdu. İndisə daha bir inanılmaz fakta baxın. Eyni qol bilirsinizmi hansı tarixdə vurlub? Bəli, düz tapdınız! 2010-cu ildə ölkə kubokunun ¼ finalın ilk matçında `Xəzər-Lənkəran`a vurulan qol da məhz...Martın 7-də qeydə alınmışdı..
Artıq, təsadüf yoxsa nə olduğunu siz müəyyənləşdirin...
Araşdırma:`Qarabağ` FK mətbuat xidməti...
http://www.qarabagh.com/1987/?name=videosif&lang=1
