Əzəli rəqibə 7 matçdı məğlub olmuruq, 5 oyundu qol buraxmırıq

single-news
2 Fev 2010

Əzəli rəqibə 7 matçdı məğlub olmuruq, 5 oyundu qol buraxmırıq



Sabah ölkənin ən əzəli derbisi baş tutacaq. Bütün çempionatların iştirakçıları növbəti duelə çıxacaqlar. `Neftçi`nin qonağı olacaq `Qarabağ`ımız görüşə qələbə məqsədiylə çıxacaq. Maraqlıdı ki, son illər bu rəqiblərin yolları tez-tez kəsişir. Elə ötən il rəqiblər kubokda da yollarının kəsişməsi səbəbindən 4 dəfə üz-üzə gəliblər. Çempionatda Suraxanıda baş tutmuş ilk oyunda Elmar Baxşıyev hesabı açsa da, Emin İmaməliyev uzatma dəqiqələridə vurduğu fantastik zərbəylə hesabı bərabərləşdirmişdi. Cavab görüşündə Admir Telinin qoluyla qalib gələn komandamız kubokda da rəqibinə aman verməmişdi, 1:0, 0:0. Cari birincilikdə isə komandamız növbəti dəfə rəqibini minimal hesabla məğlub etmişdi. Quzanlıda baş tutan görüşdə indi sıralarımızda olmayan Vaqif Cavadovun cərimə zərbəsi komandamıza qələbə qazandırmışdı. Beləliklə, Tofiq Bəhramov adına stadionda baş tutacaq görüşdə komandamız rəqibinə səfərdə son 4 oyunda məğlub olmamaqla yanaşı qol da buraxmır. `Neftçi` sonuncu dəfə mərkəzi arenada komandamızı 4 il bundan öncə 2:0-lıq hesabla məğlub edib. Son 7 oyunda isə komandamız rəqibinə qələbə qazanmaq sevinci nəsib etməyib. Maraqlıdı ki, `Neftçi` sonuncu dəfə `Qarabağ`ı 2006-2007-ci ildə məhz indiki çalışdırıcımız Qurban Qurbanovun başçılığı altında məğlub edib.  

Paylaş

// pop up