"ƏZƏLİ RƏQİB,ƏBƏDİ DOST" - MÜDHİŞ DERBİYƏ SAATLAR QALDI . . .

single-news
15 Fev 2006

"ƏZƏLİ RƏQİB,ƏBƏDİ DOST" - MÜDHİŞ DERBİYƏ SAATLAR QALDI . . .



Azərbaycan müstəqillik əldə etdikdən bəri keçirilən Azərbaycan çempiontları tarixində heç şübhəsiz, ən gözlənilən matçlar sırasında ilk yerlərdən biri "Neftçi" ilə "Qarabağ" arasında keçirilən oyunlardır. Prinsipallığına görə bütün çempionatların bəzəyinə çevrilmiş bu cütlər arasında qarşılaşmalar Derbi xarakterli matçlar olduğunu hər dəfə sübut edir.Ötən çempionatda "Neftçi"nin ilk dövrədə 1:0-lıq qələbəsinə ikinci dövrədə "Qarabağ" 2:1-lik qələbə ilə cavab verdi. Ümumilikdə 2005-ci ildə keçirilən iki qarşılaşmalardan ilk oyunda "Qarabağ"ın 2:1-lik qələbə ilə, digəri isə 2:2-lik sülhlə (cari çempionatın birinci dövrəsi) başa çatmışdır. Çempionatlar tarixində isə 7 dəfə "Qarabağ", 8 dəfə "Neftçi" qalib tərəf olmuşdusa, 12 dəfə tərəflər sülhlə ayrılmışlar. İkinci dövrədə heyəti daha da gücləndirən "Qarabağ"ın qələbə sayını bərabərləşdirəcəyinə bütün heyət inanır: Aslan Kərimov: "Əlbətdə maraqlı oyun olacaq. Hər iki tərəf qələbə qazanmaq üçün meydana çıxacaq. Heyətimiz ikinci dövrədə daha təcrübəli futbolçularla komplektləşdiyindən qələbəyə şansımızın daha artdığını düşünürəm..." İrakli Beraya: "İlk dövrədə mən "Gəncə"nin heyətində "Neftçi"yə qarşı forma geyindim və biz qalib gəldik,mən isə dubla imza atdım."Neftçi" güclü rəqibdir, amma bizim heyətimiz də zəif deyil və bunu oyunumuzla sübut etməyə çalışacağıq." Samir Musayev: "Neftçi" ilə bizim duelimiz hər dəfə çox maraqlı alınmışdır. Bu dəfə də istasna olmayacağına inanıram. Heyətimiz indi o səviyyədədir ki, bütün rəqibləri üstələyə bilərik. Derbidən bizim qalib ayrılacağımıza inanıram. Allahın köməkliyi ilə sonda gülən tərəf biz olarıq." Böyükağa Ağayev: "İkinci dövrəyə "Turan" üzərində qələbə ilə başladıq ki, bu da yeni topladığımız heyətin ilk sınağı idi. Bu qələbə uşaqlarda özünə inamı bir qədər də artırdı. "Neftçi"yə qarşı oyunun isə vaxtının dəyişdirilməsi və cəmi hazırlıq üçün iki günün qalması bizim üçün mənfi tərəfdir. Qərar qərardır və biz buna hörmətlə yanaşırıq. Bunların hamısını indi kənara qoyaraq, bütün fikirlərimizi qarşıdakı tura yönəltmişik.Proqnozu sevmirəm, amma futbolçularıma inanıram. Qoy sonda güclü tərəf qalib olsun."

Paylaş