ƏZMKARLIQ, İSTƏK, GÖZƏL OYUN - BURA "QARABAĞ"DIR ! ! !

single-news
22 Fev 2006

ƏZMKARLIQ, İSTƏK, GÖZƏL OYUN - BURA "QARABAĞ"DIR ! ! !



Matç "Qarabağ" istədiyi kimi başlasa da, ilk yarının ortalarına doğru müdafiədə boşluqlar yaranmağa başladı. Lakin buna qədər "Qarabağ" üç real qol vəziyyətindən yararlana bilmədi. Əvvəlcə 10-cu dəqiqədə İraklinin ötürməsindən sonra Sergey Sokolovun zərbəsini qapıçı zərərsizləşdirdi. 12-ci dəqiqədə Qoqa qapıçı ilə təkbətək dueldə zərbə əvəzinə ötürmə etdi ki, bu da hücumun kəsərini azaltdı. 18-ci dəqiqədə Aslan Romal paslaşması sonuncunun zərbəsi ilə yekunlaşsa da, top müdafiəçiyə dəyib qapı xəttindən çıxdı. Azsonra Sokolovun cərimə zərbəsini qapıçı çətinliklə dəf etdi. 26-cı dəqiqədə isə gözlənilmədən "Olimpik" hesabı açdı. Bundan sonra hücumların kəsərini artıran "Qarabağ"lılar 33-cü dəqiqədə hesabı bərabərləşdirdilər. İraklinin gözəl oyunundan və zərbəsindən sonra qapıçı topu qaytardısa, özünü yetirən Mübarizin zərbəsi isə dəqiq alındı... İkinci hissə isə "bir aktryorun teatrı"na bənzəyirdi. Bütün hadisələrin bir qapı önündə cərəyan etməsi hesabda da özünü biruzə verdi. İki dəfə fərqlənən, bir neçə epizodda isə fərqlənmək şansını qaçıran "Qarabağ" sonda layiqli sevinən tərəf oldu . . .

Paylaş