ƏZMKARLIQ SİMVOLU - "QARABAĞ"

single-news
4 Mar 2006

ƏZMKARLIQ SİMVOLU - "QARABAĞ"



"QARABAĞ" 3 - 2 "BAKI" Oyun başlayan kimi, elə ilk hücumdaca hesab açıla bilərdi. Lakin 2-3 metrlik məsafədən Mübariz Orucov topu çərçivəyə göndərə bilmədi. Onun ardınca İliçin asmasını Aslan Kərimov tamamlaya bilmədi. Bu dəfə də top qapıdan yuxarı istiqamətləndi.6-cı dəqiqədə İliçin bu dəfəki ötürməsindən sonra Qoqa Berayanın yaxın məsafədən zərbəsini qapıçı tuta bildi. Bundan sonra tədricən oyunda tarazlıq yarandı.Tarazlıq isə, oyunun 30-cu dəqiqəsində pozuldu. Mübariz Orucovun zərbəsini qapıçı qaytara bilsə də, Egidius Yuşka hesabı açdı: 1-0. Bundan sonra, "Bakı" hesabı bərabərləşdirmək üçün irəli atıldı. Belə hücumların biri matçın 45-ci dəqiqəsinə təsadüf etdi. Vasif Haqverdiyevin kobud oyunundan sonra cərimə zərbəsi yerinə yetirən Ceyhun Sultanovun ötürməsi Peresi tapdı. O isə çərçivəni dəqiq nişan aldı: 1-1. İkinci hissədə "Qarabağ" bəzi dəyişikliklərə əl atdı ki, bu da öz bəyrəsini 56-cı dəqiqədə verdi. Samir Musayevə qarşı kobudluğu zərərçəkən özü də tamamladı- 2:1. Qoldan daha da ruhlanan Samir 12 dəqiqə sonra çempionatın bəzəyinə çevrilə biləcək bir qola imza atdı.Təqribən 25 metrədən zərbə qapının uzaq doqquzluğuna yönəldi: 3:1. Matçın əlavə olunmuş dəqiqələrində isə, gözlənilmədən qapımıza 11 metrəlik cərimə zərbəsi təyin olundu. Eks Qarabağlı Vadim Vasilyev isə çərçivəni dəqiq nişan aldı: 3-2. 1/4 finalın cavab oyunu 18 mart tarixində, T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş