Faciə yad edildi
Faciə yad edildi
Bu gün Azərbaycan tarixində unudulmaz günlərdən biridir. 17 il bundan öncə Qarabağda, Xocalı şəhərində mənfur ermənilər tərəfindən silahsız, məsum insanlar soyqırıma məruz qalmış, lakin xalqımız öz istiqlaliyyətini qoruya bilmişdir. 17 il keçməsinə baxmayaraq Xocalı şəhidləri xalqımızın qəlbində daim sağalmayan amma qürurlu yer tutur.
Bu gün klubumuzun başçısı Tahir Gözel bütün `Qarabağ` Futbol Klubunu qəbul etdi. Klub başçısı təxminən 1 saat dərin anlamlı nitq izhar etdi. 17 il bundan öncə baş vermiş faciənin dünyanın hər yerində oxşarlığı yaşandığını, belə faciələrin nəinki bir xalqın, bütün bəşəriyyətin faciəsi olduğunu bildirdi. Hər bir şəxsin qəlbində, ruhunda dünyanı analıiz etməli olduğunu, var oluşunu, insanlığa faydasının nə dərəcədə olması barəsində fikirlərini bildirdi. Hər kəsin öz şəxsiyyətində Xocalı faciəsinı cavab verməli olduğunu vurğuladı.
Sonra baş məşqçimiz Qurban Qurbanov danışdı. Çalışdırıcımız Tahir bəyə bir azərbaycanlı olaraq təşəkkürlərini bildirdi. Bu günki, söhbətin məhz həmin faciədə həlak olanların qanı, şəhidliyi bahasına olduğunu vurğuladı. `Qarabağ` Futbol Klubu olaraq məsuliyyətlərini dərk etdiklərini bildirdi.
Sonda Tahir bəy bütün heyətə Xocalı faciəsini sadəcə ildönümlərində deyil, qəlblərdə qeyd etməyi məsləhət gördü. Başqa faciələrinin yaşanmaması üçün. Anlamlı görüş Tahir bəyin komandamıza uğur arzulamasıyla başa çatdı.