Fan-şopumuzda endirim aksiyası başladı

23 Noy 2018
Fan-şopumuzda endirim aksiyası başladı
Noyabrın 29-u Avropa Liqasının qrup mərhələsinin son ev oyununda "Sportinq"lə qarşılaşacaq "Qarabağ"ımız azarkeşlərimizə yeni endirim kampaniyası başladıb.
Bu gün rəsmi fan-şopumuzda "blue-white Friday" adlı endirim kampaniyası başlayıb. Belə ki, bu gündən etibarən fan-şopumuzda bütün rəsmi məhsullar 25 % endirimlə satılacaq. Endirim aksiyası noyabrın 25-nə qədər davam edəcək.