FANATLAR, FUTBOLÇULAR VƏ BAŞQAN - GÜC BİRLİKDƏDİR ! ! !

single-news
2 İyn 2006

FANATLAR, FUTBOLÇULAR VƏ BAŞQAN - GÜC BİRLİKDƏDİR ! ! !



Komanda son məşqini 02.06.06-cı il tarixində - oyundan bir gün öncə saat 19:00-da matçın keçiriləcəyi "Şəfa" stadionunda etdi... Məşq bir neçə özəlliyi ilə yadda qaldı."Qarabağ" Fan Klubu hələ "Qarabağ"dan əvvəl stadionda məşq edən "Karvan"ın məşqi başa çatmamış "Qarabağ" sədaları ilə komandasına dəstək oldu. Məşq başladıqdan az sonra isə stadiona Klub başçısı komandasının görüşünə gəldi. Qeyri adi hadisə isə Vitse -Prezident Taher Gözəl və Klubun Direktoru Emrah Çelikelin "Qarabağ" 21 və 19 nomrəli oyun formaları ilə məşq etmələri oldu. "Qarabağ" Fanatlarının məşq boyu dəstəyi ilə keçən son məşq komandada əhval ruhiyyənin yüksək həddə olduğununun göstəricisi idi. Taher Gözəl: "Mənim komandama inamım böyükdür. İnanıram ki, Final matçından sonra istək, əzm, gözəl oyun nümayiş etdirərək qələbə qazanan tərəf məhz "Qarabağ" olacaq..." Baş məşqçi Böyükağa Ağayev isə komanda daxilində oyun öncəsi son durum haqqında məlumat verdi: "Komandada bu oyuna qədər bütün zədəliləri sıralarımıza qaytara bildik ki, bu da tam gücümüzlə çıxış etməyimiz üçün vacib idi. Uşaqlarda əhval ruhiyyə yüksəkdir. Başçımızın da bu gün bizimlə birgə məşq etməsi uşaqlarda özünə inamı daha da artırdı. Proqnoz verməyi xoşlamasam da, komandamın gücünə inanıram.." Komandanın kapitanı Aslan Kərimov: "Bu gün məşqçimizə Taher bəyin gəlməsi, fanatlarımızın bütün məşq boyu bizə dəstək olması bizi qürurlandırdı. Oyunda da müdhiş azarkeş dəstəyi olacağına inanıram. bu fanatlara, belə başqana yalnız qələbə yaraşır..." Oyun saat 18:00-da başlanacaq.

Paylaş