FANATLAR KOMANDASINA QOVUŞDU...

single-news
25 İyl 2006

FANATLAR KOMANDASINA QOVUŞDU...



"Qarabağ" Futbol Klubunun Türkiyəli fanatları yay mövsümü ilə əlaqədar öz ölkələrinə dönmüşdülər. Lakin komandalarının UEFA Kuboku İlkin təsnifat mərhələsi çərçivəsində Moldovanın "Zimbru" komandası ilə oyunu münasibətilə fanatlar artıq Bakıya gəlmişlər. Dünən Suraxanı qəsəbə stadionunda "Qarabağ"ın məşqinə getmiş fanatlar yerli fanatlarla birgə məşq boyu komandanı dəstəklədilər. Müxtəlif şüarlarla futbolçuları qarşıdakı oyunda qələbəyə səsləyən Fan Klub üzvləri məşq sonunda futbolçularla səmimi söhbətləşməyi də unutmadılar. Fan Klub üzvü Uğur Aydının komandamız haqqında fikirləri: "Biz Türkiyədən Bakıya komandamıza dəstək olmağa gəldik. Moldovada son dəqiqələrdə buraxdığımız qolla heç-heçəyə nail olan Moldova komandasını Bakıda böyük sürpriz gözləyir. Biz burada onlara yalnız qonaqpərvərlik söz verə bilərik. Oyun haqqında isə heç düşünməsinlər. Bizim komandamız ən yüksəklərə layiqdir. İnanıram ki, bizim də 12-ci futbolçu kimi meydançada özümüzü hiss etdirəcəyimiz oyunda "Qarabağ" tarixi uğura imza atacaq..."

Paylaş