FANATLAR YALNIZ QƏLƏBƏ DEYİR ! ! !

single-news
14 Mar 2006

FANATLAR YALNIZ QƏLƏBƏ DEYİR ! ! !



Bir neçə gündən sonra Ölkə Kubokunun 1/4 final cavab oyunları çərçivəsində "Qarabağ" Futbol Klubu "Bakı" Futbol Klubunun qonağı olacaq. Bu oyun öncəsi saytımız vasitəsilə azarkeşlərimiz arasında sorğu keçirdik. Qısa zaman kəsiyində keçirilən sorğunun nəticələri artıq məlumdur. Nəticədən belə qənaətə gəlmək olar ki, azarkeşlər son oyunun çətin keçəcəyini, bununla belə qalib tərəfin "Qarabağ" olacağını düşünür. Belə ki, respondentlərin 44%-i ÇƏTİN QƏLƏBƏ cavabını seçmişlər. 20% respondent isə, "Qarabağ"ın 1/4 final səddini asanlıqla keçəcəyini düşünür. "Qarabağ"ın məğlub olacağını düşünənlər də var. Belə düşünənlər səsverənlərin 17%-ni təşkil edir.... Növbəti sorğumuz "Qarabağ"ın ikinci dövrədə göstərdiyi oyunla bağlıdır. "Qarabağ"ın oyununda daha çox hansı xüsusiyyətin sizi qane etdiyini səsvermə ilə təstiqləyin... Aktiv olun, səs verin ! ! !

Paylaş