FANTASTİKA! DRAMATİKA! VİDEO
FANTASTİKA! DRAMATİKA! VİDEO
Dünən UEFA kubokunun yarımfinalçıları məlum olub. Səfərdə “Bayer”i 1:4 hesabıyla məğlub edən “Zenit” doğma divarlar arasında “rəqibinə yeganə qolla məğlub olsa da yarımfinala adlayıb. Eyniylə, səfərdə “Fiorentina” və “Qlazqo” müvafiq olaraq “PSV” və “Sportinq”i 2:0 hesabıyla məğlub edərək adlarını yarımfinalçıların siyahısına yazdırıblar.
Sonuncu yarımfinalçı isə bəlkə cari ilin ən dramatik matçından sonra müəyyənləşdi. “Xetafe” səfərdə “Bavariya” ilə matçda 1:1-lik matçdam sonra tarixində ilk dəfə qatıldığı UEFA kubokunda son dörd komanda arasına qatılmaq üçün əla şans əldə etmişdi.
Lakin görüş ispanlar üçün uğurlu başlamadı. Artıq 5-ci dəq iqədə “Xetafe”nin əsas fiqurlarından sayılan Oskar De la Red hakim tərəfindən meydandan qovuldu. Azlıqda qalmasına baxmayaraq rəqibindən çəkinməyən ispanlar ilk yarının bitiminə 1 dəqiqə qalmış Kosmin Kontranın təkbaşına reydiylə hesabı açdılar.
İkinci yarıda əks-hücumlarda rəqibini yaxalayan “Xetafe”nin fərqlənə bilməməsi sadəcə möcüzəylə bağlı idi. Əvəzində görüşün son dəqiqəsində Riberi vurduğu qolla görüşda əlavə vaxtın oynanılmasına səbəb oldu. “Xetafe” 3 dəqiqə ərzində vurduğu 2 qolla mübarizədə önəmli üstünlük əldə etsə də, qapıçıları və kapitanları Patonun kobud oyunu uzun illər unudulmayacaq matçın taleyini dəyişdi. 115 və 120-ci dəqiqələrdə Luka Toni bu səhvlərdən məharətlə istifadə edərək komandasını səfərdə vurulmuş qol üstünlüyü ilə yarımfinala çıxardı.
Buyurun, öz gözlərinizlə izləyin...