“Fasilə öncəsi çox vacib qalibiyyət idi”

single-news
6 Okt 2024

“Fasilə öncəsi çox vacib qalibiyyət idi”



Misli Premyer Liqasının IX turunun “Sumqayıt” - “Qarabağ” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm, onların hər birindən razı qaldım. Fasilə öncəsi çox vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgələrinə yollanacaq. Ümumiyyətlə, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Bu cür azarkeşlər qarşısında çıxış etmək futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşləri tərəfindən gözəl dəstək var idi, onlara təşəkkür edirəm”.

 

Baş məşqçi start heyətində meydana daxil olan Aleksey Kaşuk və Musa Qurbanlının çıxışına da münasibət bildirib: “Kaşuk bir ildən çox idi ki, oyun keçirməmişdi. Normal hazırlıq da keçməmişdi. Bu gün oynamaq onun üçün asan deyildi. Eləcə də Musa əməliyyatdan sonra optimal formasından uzaqdır. Ancaq onların bugünkü hazırlıqlarına görə razı qaldım. Dinamikanı tam qoruyub saxlaya bilməsələr də, diqqətləri oyunda idi, çalışırdılar. Məncə, pis alınmadı. Onların məşqdəki hazırlığı daha vacibdir. Bu cür davam etsələr, daha yaxşı forma yığacaqlar”.

Paylaş

// pop up