FATİH TEKKE - ŞOK TRANSFER !

single-news
1 Avq 2006

FATİH TEKKE - ŞOK TRANSFER !



Rusiyanın "Zenit" Klubu ölkə tarixində ən bahalı transferə imza atdı.Türkiyə millisinin hücumçusu Fatih Təkkə bu mövsümdən məhz bu klubun şərəfini qoruyacaq... 30 iyulda Fatih Təkkə Sankt Peterburq şəhərinin "Zenit" komandası ilə dörd illik rəsmi müqaviləyə imza atdı. Müqaviləyə əsasən futbolçu Rusiya Çempionatları tarixində ən bahalı transfer oldu. O, komandaya 10 milyon avroya (12,5 milyon dollara) başa gəldi... Futbolçuya mövsüm bitdikdən sonra 7,5 milyonun qarşılığında bir neçə ingilis klubları elçi düşmüşdü. Lakin daha yaxşı təkliflə "Zenit" bu istəyini gerçəkləşdirə bildi. Xatırladaq ki, ötən mövsüm "Trabzonspor"un şərəfini qorumuş hücumçunun aktıvinə 22 qol yaza bilmişdi. Fatih Təkkənin transferi Dik Advokatın "Zenit"ə baş məşqçi təyin olunduqdan sonra gündəmə gəlmişdi. Məşqçi komandaya daha iki Koreyalı futbolçunu da gətirə bildi. Bu futbolçular məşqçiyə Koreya millisindən tanışdır...

Paylaş