FATİH TERİM "ÇELSİ"DƏ???

single-news
26 May 2008

FATİH TERİM "ÇELSİ"DƏ???



“Çelsi” yeni baş məşqçi axtarışındadır. Belə ki, Moskavda baş tutmuş Çempionlar liqasının final matçından sonra Roman Abromoviç Avram Qrantı istefaya göndərib.  “Çelsi”nin rəsmi saytında verilən məlumata əsasən İsrailli baş məşqçinin qonvulmasına 2 gün ərzində keçirilmiş iclaslardan sonra qərar verilmişdir.  Yeni axtarışlar barədə isə bunlar deyilir: “Bundan sonrakı işimiz yeni baş məşqçi axtarmaq yönündə aparılacaqdır. Bu barədə bir nəticə əldə olunmayana qədər heç bir açıqlama olmayacaq”.

Rus milyarder Roman Abramoviçin “Çelsi”yə  kimi baş məşqçi seçəcəyi isə hələ ki, sual altındadır. Ancaq bu siyahıda ilk yeri Türkiyə millisin  baş məşqçisi Fatih Terim tutur. Türk çalışdırıcının ingilis meneceri Mel Qoldber açıqlamasında bunları deyib: “Roman Abramoviçin siyahısında Fatih Terim, Frank Raykard və Maykl Laudrap kimi mütəxəssislərin adı var”. 


 

Paylaş

// pop up