FATİH TERİM TÜRK DÜNYASINI SEVİNDİRDİ . . .
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1347.jpg)
13 Okt 2005
FATİH TERİM TÜRK DÜNYASINI SEVİNDİRDİ . . .
Dünən DÇ-2006-nın Avropa zonasında son turun oyunları keçirilib. Beləliklə də, Serbiya, Fransa və İsveç də mundiala vəsiqə qazanıb.
Türkiyə isə, bütün türk dünyasının son tura qədər davam edən həyəcanına son qoyub. Səfərdə Tümerin Albanların qapısına vurduğu qol Türkiyəni qrup ikincisi olaraq play-off-a vəsiqəsini təmin edib. Bundan başqa Çexiya, Slovakiya, İsveçrə, İspaniya və Norveç də play off-a vəsiqə qazananlar arasındadırlar. 14 oktyabrda püşkü atılacaq və 12, 16 noyabrda keçiriləcək oyunlardan sonra bu altı komandadan üçü mundiala vəsiqə qazanacaqlar.
Son turun bütün oyunlarının nəticələri ilə tanış olun:
Finlandiya 0-3 Çex Respublikası
Andorra 0-3 Ermənistan
Hollandiya 0-0 Macedoniya
Yunanıstan 1-0 Gürcüstan
Qazaxıstan 1-2 Danimarka
Portugaliya 3-0 Latvia
Luksemburq 0-2 Estonia
Slovakiya 0-0 Rusiya
Irelandiya 0-0 İsveçrə
Franca 4-0 Kipr
Italiya 2-1 Moldova
Slovenia 0-3 Şotlandiya
Belarusiya 0-1 Norveç
ingiltərə 2-1 Polşa
Austria 2-0 Şimali Irelandiya
San Marino 0-6 İspaniya
Serbia 1-0 Bosnia
Litva 1-1 Belçika
Malta 1-1 Bolgarıstan
İsveç 3-1 İslandiya
Macarıstan 0-0 Xorvatiya