`Fənər` 1 addım öndə

26 Apr 2013
`Fənər` 1 addım öndə
UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilib.
Azərbaycanlı azarkeşlər üçün də böyük maraqla gözlənilən oyun İstanbulda baş tutub. Türkiyə təmsilçisi `Fənərbaxça` Portuqaliyanın `Benfika` klubunu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə İsveçrənin `Bazel` klubu İngiltərə təmsilçisi `Çelsi`ni qəbul edib. Oyun 2:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.
UEFA Avropa Liqası, yarımfinal, ilk oyunlar
25 aprel
Bazel (İsveçrə) – Çelsi (İngiltərə) - 1:2
Qollar: Moses, 12 (0:1), Şer, 88-pen (1:1), David Luis, 90+4 (1:2)
Fənərbaxça (Türkiyə) – Benfika (Portuqaliya) - 1:0
Qol: Egemen Qorxmaz, 72 (1:0)