`Fənər` də getdi, `Cim-bom` da. Video
`Fənər` də getdi, `Cim-bom` da. Video
Avroliqanın 1/8 final mərhələsinə çıxan komandaların adları bəlli olub. `Qarabağ`ımızın sabiq forvardı şərəfini qoruduğu `Tvente` `Verder`ə 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Elə bu mərhələdə çıxışını davam etdirən Türkiyənin 2 nəhəngi də Avroliqa ilə vidalaşıb. Səfərdə `Lill`ə 2:1 məğlub olan `Fənərbaxça` Əmrəylə hesabı açsa da, Remi 85-də status-kvonu bərpa edib. Belə də, `sarı-bülbül`lər də mübarizəni dayandırıblar. `Galatasaray` isə daha məşhur klubla mübarizədə məyus olub. Səfərdə `Atletko`yla əlverişli (1:1) nəticə qazansa da, İstanbulda məğlubiyyətlə barışıb. Öncə Simao hesabı açıb, ardınca Keyta ilk oyunda olduğu kimi hesabı bərabərləşdirib. Amma ispanlar son dəqiqədə Forlanın vurduğu qolla Raykardın yetirmələrinin yolunu `bağlayıb`.
`Qalatasaray` - `Atletiko` 1:2
`Fənərbaxça` - `Lill` 1:1