“FƏNƏR” “İNTER”İ DEVİRDİ, MOURİNYO İSTEFA VERDİ
“FƏNƏR” “İNTER”İ DEVİRDİ, MOURİNYO İSTEFA VERDİ
Dünyanın ən böyük klub turniri start götürdü. İlk turda hegemonlar qələbə qazanmaqda çətinlik çəkməsələr də 2 klub boynundan yuxarı tullana bilib. Cari mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən “Çelsi” gözlənilmədən “ev”də xal itirib. “Zədəgan”lar ilk yarıda “Rusenborq” qarşısında hesabda geriyə düşsələrdə ikinci hissədə Şevçenkonun vurduğu1 qolla 1 xal qazana biliblər. Lakin bu belə Joze Mourinyonun postundan getməsinə mane olmayıb. Həftəsonu “Blekbern”lə oyunda da qələbə qazana bilməyən don Joze iki İngiltərə çempionluğu əldə etdiyi komandanı tərk etmək məcburiyyətində qalıb.
Digər sensasiyaya isə Türkiyə “Fənərbaxça”sı imza atıb. İstanbulda son İtaliya çempionu “İnter”i qəbul edən türklər Deyvidin vurduğu qolla qalib gəliblər. Digər qardaş ölkə təmsilçisi “Beşiktaş” isə səfərdə Fransa “Marsel”inə 2:0 hesabı ilə məğlub olub.